hia.az
hia.az

ÜST: Çirkli hava səbəbindən iki milyarda yaxın 15 yaşınadək uşağın səhhəti təhlükədədir

271 dəfə baxılıb 5-11-2018, 18:35

ÜST: Çirkli hava səbəbindən iki milyarda yaxın 15 yaşınadək uşağın səhhəti təhlükədədir

Çirkli hava səbəbindən dünyada 2 milyarda yaxın 15 yaşınadək uşağın səhhəti təhlükədədir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında qeyd olunub.

“Hər gün 15 yaşına qədər uşaqların, təqribən, 93 faizi, yəni 1,8 milyardı çirkli havanı tənəffüs edir ki, bununla da öz səhhətini və gələcək inkişafını təhlükə qarşısında qoyur. Onların çoxu fəciəvi şəkildə dünyasını dəyişir. Belə ki, ÜST-nin məlumatına görə, 2016-cı ildə çirkli havanın əmələ gətirdiyi kəskin respirator xəstəliklərindən dünyada 600 minədək uşaq ölüb”, - məlumatda qeyd olunub.

Bildirilir ki, Afrika, Cənub-Şərqi Asiya, Aralıq hövzəsinin şərqi və Sakit okeanın qərb bölgəsindəki adambaşına orta və az gəlirə malik ölkələrdə yaşayan uşaqlar daha təhlükəli vəziyyətdədir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi