hia.az
hia.az

Bölgələrdə ginekoloqların iştirakı ilə silsilə tədbirlər keçirilir

386 dəfə baxılıb 22-11-2018, 13:30

Bölgələrdə ginekoloqların iştirakı ilə silsilə tədbirlər keçirilirDoğuşayardım xidmətinin vəziyyəti və səkkiz ay ərzində baş vermiş ana ölümü hadisələrinin təhlili məqsədi ilə bölgələrdə həkim-mama ginekoloqların iştirakı ilə silsilə iclaslar keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq Quba, Lənkəran, Şəki, Gəncə mərkəzi rayon xəstəxanaları və ətraf tibb məntəqələrində belə tədbirlər təşkil edilib.

Tədbirlərdə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova həkim-ginekoloqlarla birgə hər bir regionun antenatal qulluğa dair nəticələrini müzakirə edib və bu xidmətin təkmilləşdirilməsinə dair tövsiyələrini verib.

Nazirliyin doğuşayardım komissiyasının kritik hallar üzrə sektor müdiri, professor Leyla Rzaquliyeva kritik vəziyyətdə olan hamilə və zahılara səmərəli yardımın göstərilməsi, hər bir perinatal mərkəzdə təhlil aparılmasının vacibliyi haqda məruzə ilə çıxış edib.

İclaslarda antenatal qulluğa dair mühazirələr oxunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Növbəti analoji tədbirin noyabrın 28-də Sabirabad Mərkəzi Rayon Xəstəxanasında keçirilməsi nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi