hia.az
hia.az

Atadan köçürülən böyrək gəncin həyatını xilas etdi

393 dəfə baxılıb 16-11-2018, 16:30

Atadan köçürülən böyrək gəncin həyatını xilas etdi

Yeddi dəfə uğursuz əməliyyat keçirən 19 yaşlı gəncə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) atasının böyrəyi uğurla transplantasiya edilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu barədə əməliyyatı icra edən RMDM-in böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan məlumat verib: “Uzun illərin hemodializ xəstəsi olan gənc pasiyentimiz müraciət etdiyi bütün mərkəzlərdə dəfələrlə əməliyyat keçirib. Buna baxmayaraq, nəticə uğursuz alınıb. Hətta hemodializə girməsi üçün xəstənin mərkəzi damarları da tromblaşıb. Xəstə klinikamıza müraciət etdikdə çox ağır vəziyyətdə və ümidsiz halda idi. İlk olaraq, xəstə və donor çox ciddi araşdırıldı. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarıldı. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra böyrəyin donordan alınması və resipiyentə köçürülməsi üzrə əməliyyatın, eyni zamanda, həyata keçirilməsinə qərar verildi. Xəstəyə və onun donoru olan atasına əməliyyatın riskləri ətraflı izah edildi. Əməliyyatın mürəkkəbliyi də yeddi dəfə uğursuz əməliyyat keçirməklə bağlı yaranmış anatomik problemlərin mövcudluğunda idi. Peşəkar cərrahi və nefroloji komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmayıb. Həm resipiyent, həm də donor eyni dərəcədə sağlam şəkildə evə yola salındı”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi