hia.az
hia.az

Sahibkarlara faiz subsidiyasının verilməsi müddəti uzadıldı

242 dəfə baxılıb 27-12-2018, 13:34

Sahibkarlara faiz subsidiyasının verilməsi müddəti uzadıldıDövlət tərəfindən sahibkarlara faiz subsidiyasının verilməsi 2019-cu ilin sonunadək uzadılıb.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən hia.az-a bildiriblər ki, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və iqtisadi aktivliyin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən maliyyə bazarında tətbiq olunan alətlərdən biri də sahibkarlara faiz subsidiyasının verilməsidir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 dekabr tarixli Fərmanı ilə sahibkarların manatla aldıqları kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsi 2019-cu ilin sonunadək uzadılıb. Mövcud qaydalara əsasən faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və fondun zəmanət verdiyi kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitidir.
Faiz subsidiyası müddəti 3 ilədək olan kreditlər üzrə illik 8 faiz, 3 ildən artıq olan kreditlər üzrə isə illik 10 faiz bəndi həcmində verilir. Faiz subsidiyası illik faiz dərəcəsi 20 faizdən çox olmayan kreditlər üzrə verilir.

Sahibkarların kreditlər üzrə faizlərinin bir hissəsinin dövlət vəsaiti hesabına subsidiyalaşdırılması onların maliyyə mənbələrinə çıxış imkanlarını artırmaqla yanaşı, maliyyə-kredit bazarında risklərinin azaldılmasına, bankların kreditləşmə əməliyyatlarında fəallığının artmasına və nəticə etibarı ilə iqtisadi aktivliyin yüksəlməsinə xidmət edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi