hia.az
hia.az

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

243 dəfə baxılıb 26-12-2018, 13:53

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaqAbşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Xırdalan şəhəri 25-ci məhəllə ərazisində yeni çəkilmiş diametri 160 millimetrlik polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 26-da saat 10:00-dan təmir işləri tamamlananadək Abşeron rayonunun Xırdalan şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan təmir işlərinin Masazır qəsəbəsi və Xəzər rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi