hia.az
hia.az

Finlandiyada "Şimal axını-2" qaz kəmərinin tikintisinə başlanıb

351 dəfə baxılıb 24-12-2018, 13:21

Finlandiyada "Şimal axını-2" qaz kəmərinin tikintisinə başlanıbBoru kəməri çəkən "Pioneering Spirit" gəmisi Finlandiyanın ərazi sularında "Şimal axını-2" qaz kəmərinin tikintisinə başlayıb.

“Report” xəbər verir ki, bu barədə layihənin operatoru "Nord Stream 2 AG" şirkəti məlumat yayıb.

"Dinamik yerləşdirmə qabiliyyətinə malik boru kəməri çəkən "Pioneering Spirit" gəmisi Finlandiyanın müstəsna iqtisadi zonasında "Şimal axını-2" qaz kəmərinin çəkilməsi üçün gəmi donanmasına qoşulub", — deyə məlumatda bildirilir.

Operator qaz kəmərinin indiyə qədər artıq 370 km-nin çəkildiyini məlumat verib.

Daha əvvəl “Şimal axını-2” çərçivəsində dənizin dibində işlərə başlanacağı bildirilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi