hia.az
hia.az

Ölkədən ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

321 dəfə baxılıb 16-12-2018, 13:28

Ölkədən ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıbAzərbaycandan elektrik enerjisinin ixracı 1,5 dəfəyədək artıb.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, bu ilin on bir ayında ölkədən 1 milyard 380 milyon 154 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 64 milyon 968 min ABŞ dolları təşkil edib.

Keçən ilin müvafiq dövründə isə ölkədən 935 milyon 406 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri 41 milyon 220 min dollar olub.

Beləliklə də, bu ilin on bir ayında elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfəyədək artıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi