hia.az
hia.az

Çindən gətirilən malların üzərinə brend vurulmasın - TAPŞIRIQ

330 dəfə baxılıb 15-12-2018, 14:32

Çindən gətirilən malların üzərinə brend vurulmasın - TAPŞIRIQAzərbaycanda fəaliyyət göstərən karqo şirkətləri Çindən ölkəyə mal gətirən müştərilərinə müraciət edib.

hia.az xəbər verir ki, müraciətə görə karqo şirkətləri bundan sonra Çindən Azərbaycana yalnız orijinal malların gətirilməsinə vasitəçilik ediləcək.

“Xahiş edirik ki, hansısa məhsulu sifariş edərkən onun orijinallığına əmin olun. Çindən yalnız satıcının məhsulun orijinallığı haqqında verdiyi təsdiqedici sənəd əsasında məhsul göndərmək mümkün olacaq”.

Sədərək Ticarət Mərkəzində çalışan Eyvaz Rüstəmov deyir ki, “orijinal malların gətirilməsi deyəndə, daxildə belə bir tapşırıq var ki, Çindən gətirdiyiniz malların üzərinə brendlərin adları vurulmasın”.

O da məlumdur ki, Çindən Azərbaycana gətirilən məhsullara müxtəlif tanınmış brendlərin markaları vurulur, ancaq həmin firmanın heç məhsuldan xəbəri belə yoxdur.

Ticarətçi onu da qeyd etdi ki, yeni ildən ticarət mərkəzində şəffaflıq istiqamətində daha böyük işlər görüləcək, çünki bununla bağlı ciddi tədbirlər görüldüyü barədə məlumatlar var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi