hia.az
hia.az

Səudiyyə Ərəbistanı neft ixracını gündəlik 1 milyon barel azaldacaq

290 dəfə baxılıb 9-12-2018, 13:52

Səudiyyə Ərəbistanı neft ixracını gündəlik 1 milyon barel azaldacaqSəudiyyə Ərəbistanı yanvar ayında noyabrın göstəriciləri ilə müqayisədə neft ixracını gündəlik 1 milyon barel azaldacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü mənblərə istinadən "Reuters" yazıb.

Bildirilir ki, yanvarda Səudiyyə neftinin ixracı xammala olan tələbatın mövsümü olaraq azalması ilə əlaqədar sutkada 7,3 milyon barel təşkil edəcək. Mənbələrin qeyd etdiyinə görə, ixracın azaldılması qərarı Səudiyyə Ərəbistanının OPEC+ ölkələri ilə neft hasilatının azaldılmasına dair sövdələşmənın yerinə yetirilməsi ilə bağlıdır.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi