hia.az
hia.az

SOCAR: Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan şayiə Azərbaycana qarşı təxribatdır

258 dəfə baxılıb 6-12-2018, 16:34

SOCAR: Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan şayiə Azərbaycana qarşı təxribatdırAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

“Report”un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib ki, Gürcüstan vətəndaşlarının banklara olan borclarının SOCAR tərəfindən ödənməsi ilə bağlı yayılan məlumatlar Azərbaycanın düşmənlərinin yaydığı şayiədir, təxribat və yalandan başqa bir şey deyil.

Açıqlamada deyilir ki, uzun illərdir qonşu Gürcüstanda fəaliyyət göstərən SOCAR başqa şirkətlər kimi ödədiyi qanuni vergilərdən başqa Gürcüstan dövlətinə və vətəndaşlarına heç bir ödəmə etmir və onların qarşısında heç bir öhdəlik daşımır: “Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla ölkəmiz üçün əlavə gəlir gətirir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə Vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib. Təbii ki, SOCAR-ın əldə etdiyi bu nailiyyətlər Azərbaycan xalqının düşmənlərini heç də sevindirmir və onlar ölkə daxilində asayişi pozmaq və təxribat yaratmaq məqsədi ilə bu şayiələri yaymaqla məşğuldurlar”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi