hia.az
hia.az

Prezident: Qətərin üzvlükdən çıxması OPEC-ə təsir etməyəcək

358 dəfə baxılıb 5-12-2018, 15:52

Prezident: Qətərin üzvlükdən çıxması OPEC-ə təsir etməyəcəkQətərin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzvlükdən çıxması təşkilatın işinə təsir etməyəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.

Xatırladaq ki, ötən gün dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb. Qətərin energetika naziri Saad al-Kaabi ölkəsinin OPEC-ə üzvlükdən çıxmasını texniki və strateji qərar olduğunu bildirib.

15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi