hia.az
hia.az

Əcnəbilər Azərbaycanda kartla böyük həcmdə alış-veriş ediblər

300 dəfə baxılıb 4-12-2018, 14:29

Əcnəbilər Azərbaycanda kartla böyük həcmdə alış-veriş ediblərİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayı təqdim olunub.

hia.az xəbər verir ki, təkcə bu ilin oktyabr ayında ölkəmizə gələn turistlər bank kartları vasitəsilə Azərbaycanda 117 milyon manat həcmində əməliyyat aparıblar.

Ümumilikdə, 2018-ci ilin on ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə etdikləri alış-verişin dəyərində artım qeydə alınıb. Belə ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların cəmi dəyəri 1 milyard 119 milyon manat təşkil edib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə, bu, 248 milyon manat çoxdur.

“İxrac İcmalı”na əsasən, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2,0 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi