hia.az
hia.az

90 günlük “atəşkəs” nefti bahalaşdırdı

402 dəfə baxılıb 3-12-2018, 11:32

90 günlük “atəşkəs” nefti bahalaşdırdıABŞ və Çinin “ticarət müharibəsini” təxirə salmaları ilə əlaqədar bəyanatlarından sonra neft bahalaşmağa başlayıb.

hia.az xəbər verir ki, “Brent” nefti 4,8% bahalaşaraq, 62,30 dollara, ABŞ xam nefti olan “White” isə 53,56 dollara satılır.

Qeyd edək ki, ötən həftə “Brent” neftinin qiyməti 58 dollar, ABŞ neftinin qiyməti isə 49 dollara düşmüşdü.

Məlumat üçün bildirək ki, Çin və Birləşmiş Ştatlar ən azı 90 gün ərzində bir-birinə əlavə ticarət tarifləri tətbiq etməyəcəklərini bəyan ediblər. Bu isə neft alıcılarını aktivləşdirib və nəticədə, neftin qiyməti artıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi