hia.az
hia.az

Avropa Parlamentində “Şimal axını-2” layihəsinin dayandırılmasını tələb edən qətnamə hazırlanıb

266 dəfə baxılıb 2-12-2018, 12:09

Avropa Parlamentində “Şimal axını-2” layihəsinin dayandırılmasını tələb edən qətnamə hazırlanıbAvropa Parlamentində Rusiya ilə münasibətlərə dair qətnamə layihəsi hazırlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, sənəddə “Şimal axını-2” layihəsinin icrasının dayandırılması tələb edilir.

Xarici əlaqələr komitəsinə təqdim edilən layihənin müəllifi Latviyadan olan deputat Sandra Kalnietedir.


Təşəbbüsün müəllifi qeyd edir ki, Rusiya və Avropa İttifaqı yaxın gələcəkdə əsas iqtisadi tərəfdaşlar olaraq qalacaq, amma “Şimal axını-2” layihəsi İttifaqın Rusiya qazından asılılığını gücləndirir, daxili bazara təhlükə yaradır və Aİ-nin enerji siyasətinə cavab vermir, buna görə də layihə dayandırılmalıdır.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya sahilindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər uzanan illik ötürücülüyü 55 mlrd. kubmetr olan iki xəttin inşasını nəzərdə tutur.

Yeni kəmərin mövcud “Şimal axını” kəməri ilə yanaşı inşa edilməsi planlaşdırılır. Tikinti işlərinin 2019-cu ilin sonuna yekunlaşması nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi