hia.az
hia.az

Hindistan İrandan neft alışını artırıb

330 dəfə baxılıb 27-11-2018, 15:22

Hindistan İrandan neft alışını artırıbHindistan oktyabr ayında İran neftinin idxalını ötən illə müqayisədə 36% artırıb.

"Report" xəbər verir ki, bu barədə Hindistanın Statistika və Xarici Ticarət İnstitutunun hesabatında deyilir.

İran neftinin idxalını artırmaqla Hindistana Səudiyyə Ərəbistanından xam maddə idxalını 13% azaldıb.

Hesabatda yazılanlara əsasən, sentyabrda Hindistan İrandan 1,89 milyon ton neft idxal edib. Oktyabrda isə bu göstərici 2,59 milyon tona çatıb, bu is pul ekvivalentində 1,42 milyard dollar deməkdir.

Oktyabrda Səudiyyə Ərəbistanından Hindistana 3,05 milyon ton neft ixrac edilib və bu, sentyabr ayına nisbətən 13 faiz azdır.

Qeyd edək ki, Hindistan Çindən sonra İran neftinin ikinci böyük idxalçısıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi