hia.az
hia.az

“Azərenerji” ASC-də yenidənqurma tədbirləri görülür

270 dəfə baxılıb 25-11-2018, 12:48

“Azərenerji” ASC-də yenidənqurma tədbirləri görülür
“Azərenerji” ASC-də yenidənqurma tədbirləri görülür.

ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərenerji”nin balans mənsubiyyətinə aid olan enerji təsərrüfatında, istehsal müəssisələrində və ötürmə infrastrukturunda “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq təftiş aparılıb, elektrik stansiyalarına, elektrik verilişi xətlərinə, yarımstansiyalara baxış keçirilib və texniki göstəricilər yoxlanılıb. Aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlərə start verilib.

İlkin mərhələdə ölkə enerji sisteminin, eləcə də Cənubi Qafqazın ən böyük enerji müəssisəsi, qoyuluş gücü 2400 meqavat olan “Azərbaycan” istilik elektrik stansiyasının (İES) yenidən qurulması prosesinə start verilib. Əsas məsələlərdən biri burada ən müasir texnologiyalar tətbiq etməklə qoyuluş gücünün bərpa edilməsinə nail olmaqdır.

Bundan başqa, “Şimal-1”, “Səngəçal” və “Cənub” elektrik stansiyalarında təxirəsalınmaz tədbirlər görülür ki, bu da stansiyaların faydalı iş əmsalının artırılaraq qoyuluş gücünə çatdırılması məqsədini daşıyır.

Həmçinin modul elektrik stansiyalar üzrə təftiş aparılıb. “Bakı”, “Şahdağ”, “Astara”, “Şəki” və “Xaçmaz” elektrik stansiyalarının aqreqatlarının əsaslı təmiri və gücləndirilməsi üçün texniki işlər görülür.

Gələcəkdə sistem təşkil edən bütün stansiyaların, yarımstansiyaların və xətlərin texniki göstəricilərinə uyğun vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək.

Mərhələli şəkildə aparılması müəyyənləşdirilən tədbirlər ölkə enerji sisteminin stabil, təhlükəsiz və dayanıqlı iş rejimində fəaliyyət göstərməsi üçün həyati vacib əhəmiyyət kəsb edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi