hia.az
hia.az

Koreya Respublikasının qiymətli kağızlar bazarı təcrübələrinin Azərbaycanda tətbiqi müzakirə edilib

557 dəfə baxılıb 29-01-2019, 12:30

Koreya Respublikasının qiymətli kağızlar bazarı təcrübələrinin Azərbaycanda tətbiqi müzakirə edilib
Koreya Respublikasının qiymətli kağızlar bazarı ilə bağlı təcrübələrinin Azərbaycanda tətbiqi imkanları müzakirə olunub.

Milli Depozit Mərkəzindən (MDM) AZƏRTAC-a bildirilib ki, MDM-də Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən və əsas icraçısı Koreya İnkişaf İnstitutu olan "Bilik Mübadiləsi Proqramı" çərçivəsində bu ölkənin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Koreya qiymətli kağızlar bazarı ilə bağlı təcrübələr bölüşülüb və bu təcrübələrin Azərbaycanda tətbiqi imkanları geniş müzakirə olunub. Koreyalı ekspertlərlə müzakirələrdə əsas diqqət Azərbaycanda qiymətli kağızlarla əqdlər üzrə klirinq və hesablaşmaların mövcud vəziyyəti, bu sistemin təkmilləşdirilməsi üzrə görüləcək işlər, tövsiyələrə yönəldilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi