hia.az
hia.az

® “KarnegiKlub” yaradılmasının 8 illiyində “Uğur forumu” və “Natiqlik çempionatı” keçirəcək

604 dəfə baxılıb 29-01-2019, 12:29

® “KarnegiKlub” yaradılmasının 8 illiyində “Uğur forumu” və “Natiqlik çempionatı” keçirəcək
Fevralın 24-də "KarnegiKlub" Treninq Mərkəzi yaradılmasının 8 illiyi münasibətilə Bakıda Avropa Azərbaycan Məktəbinin böyük zalında möhtəşəm tədbir keçirəcək. Hər zaman unikal və faydalı treninqləri ilə seçilən "KarnegiKlub" bu il "Uğur forumu" və "Natiqlik çempionatı" keçirərək tədbirin marağını, rəngarəngliyini və intellektuallığını artıracaq.

Bu il keçiriləcək tədbirdə "Uğur forumu" çərçivəsində ölkəmizin ictimai və biznes sektorunda kifayət qədər tanınmış məruzəçilərin - Rəşad Bayramov, Elvin Dadaşsoy, Cəlalə Nəzəroğlu, Təbriz Hacınski, Şəmsi Bayramzadə, Xəqani Hüseynov, Ramil Cabbarov, Taleh Yüzbəyov və Nəcəf Allahverdiyevin çıxışları yer alacaq.

Tədbirin "Natiqlik çempionatı"nda isə iştirak etmək istəyən bütün iddiaçılardan münsiflər heyəti tərəfindən ən uğurlu 8 nəfər seçilərək final mərhələsinə keçəcək. Qalibləri dəyərli hədiyyələr gözləyir:

I yer 1000 AZN (həcmində hədiyyə)

II yer 500 AZN (həcmində hədiyyə)

III yer 300 AZN (həcmində hədiyyə).

Forumu təşkil edən "KarnegiKlub" Treninq Mərkəzi artıq 8 ildir fəaliyyət göstərir. Bu illər ərzində 5000-dən çox insan, 200-dən çox açıq və korporativ qrup "Xarizmatik Natiq", "Effektiv satış", "Mind Map (Beyin Xəritəsi)" və digər treninqlərdə iştirak edib. Eyni vaxtda 200, 450, 600 nəfərlik auditoriyaya şəxsi inkişaf mövzusunda təlimlər keçirilib. Gənclərin, biznesin, idarəçiliyin inkişafı üçün keçirilən treninqlər ali məktəblərdə dövlət və özəl sektoru əhatə edir.

Tədbirdə istənilən şəxs iştirak edə bilər. İştirak ödənişlidir. Biletləri əldə etmək üçün 077 444 14 00 (“WhatsApp”) nömrəsinə yazın və ya zəng edin və ya bu linkdə qeydiyyatdan keçin: https://goo.gl/forms/i9YziQwgne0cLHla2.

Tədbirin “Facebook”dakı iventi: https://www.facebook.com/events/2201388789905796/?ti=cl.

"Natiqlik çempionatın"da iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat yanvarın 31-i gecə saat 23:59-da bitir və bunun üçün növbəti linkdən istifadə edilə bilər: https://goo.gl/forms/YkT0QTff5Vfee9zN2.

Forumun təşkilatçısı beynəlxalq dərəcəli biznes təlimçi, "KarnegiKlub" Treninq Mərkəzinin rəhbəri Nəcəf Allahverdiyev 8 illik tədbirlə bağlı fikirlərini bölüşərək bildirib ki, "Uğur forumu" və "Natiqlik çempionatı" Vətənimizdə insanları şəxsi inkişafı və biznesin irəli aparılması sahəsinə xüsusi töhfə verəcək. Ətraflı:

"KarnegiKlub"un 8-illiyinə möhtəşəm tədbir: "Uğur forumu" və "Natiqlik çempionatı"

Tarix: 24 fevral, 2019-cu il (Bazar günü), vaxt: 09:00-18:00.

Keçirilmə məkanı: Avropa Azərbaycan Məktəbi.

Format: 800 nəfərlik zalda keçirilən "8 illik" tədbir iki fərqli konseptin: "Uğur Forumu" və "Natiqlik çempionatı"nın maraqlı, faydalı və əyləncəli vəhdətindən ibarətdir.

"Uğur forumu" - 9 peşəkar spikerin maraqlı və faydalı mövzularda çıxışları,

"Natiqlik çempionatı" - qeydiyyatdan keçmiş iddiaçılar arasında keçirilən yarışma.

Tədbir barədə daha ətraflı:

1. "Uğur forumu" - tanınmış və uğurlu spiker, motivator və təlimçilərin maraqlı çıxışları.

"Uğur forumu"nun çıxışçıları: Rəşad Bayramov - beynəlxalq dərəcəli təlimçi, “BP Azərbaijan”ın xarici işlər şöbəsinin rəhbəri, mövzu: "Uğurun formulu"; Elvin Dadaşsoy - "Panda School"un rəhbəri, biznes təlimçi, mövzu: "Biznesmen psixologiyası"; Cəlalə Nəzəroğlu - "Diksiya" akademiyasının təsisçisi, "ASAN radio”nun aparıcısı, mövzu: "40-cı qapı"; Təbriz Hacınski - "Videoline" və "CIBS"in təsisçisi, profayler, mövzu: "Danışıqların idarə olunması"; Şəmsi Bayramzadə - "Azərsun" Holdinqin marketinq şöbə müdiri, "UNEC"in MBA mühazirəçisi, mövzu: "Daha böyük olanı – Sizin gizli gücünüzdür"; Xəqani Hüseynov - həkim-implantoloq, "Estetik Diş" klinikasının təsisçisi, mövzu: "Hədəfə çatmaq üçün..."; Ramil Cabbarov - "UNEC"in karyera və dijital marketinq mərkəzinin direktoru, təlimçi, mövzu: "Uğuru oğurla(t)maq"; Taleh Yüzbəyov - rejissor, aktyor, videobloger, mövzu: "İşini sev və ya sevdiyin işlə məşğul ol"; Nəcəf Allahverdiyev - "KarnegiKlub"un təsisçisi, beynəlxalq dərəcəli təlimçi, kouç, mövzu: "Uğurun kommunikasiyası".

2. “Natiqlik çempionatı” – natiqlik çempionluğuna iddiaçıların çıxışları və münsiflər heyəti tərəfindən qiymətləndirilməsi.

Forumun gündəliyi: saat 9:00 – qeydiyyat; saat 10:00 – birinci hissə; saat 13:00 – ikinci hissə.

https://cloud.mail.ru/public/HXKe/Yh1VHC3kj


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi