hia.az
hia.az

Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb

264 dəfə baxılıb 21-01-2019, 12:43

Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb
“Azərbaycan Dəmir Yolları” QSC infrastrukturunun yenilənməsi çərçivəsində dəmir yollarının qorunma zolağı boyunca yeni fiber-optik kabel xətlərinin tikintisinə başlayıb.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dəmir yollarının qorunma zolağı boyunca yeni magistral fiber-optik kabel xətlərinin çəkilişi yeni dayanıqlı infrastrukturun formalaşmasına, dəmir yolları boyunca perspektivdə rəqəmsal xidmətlərin təmin edilməsi və inkişafına, stansiyalarda qabaqcıl telekommunikasiya xidmətlərinin verilməsinə şərait yaradacaq. Bu, həmçinin ölkənin mövcud magistral infrastrukturunun güclənməsinə xidmət etmiş olacaq.

Layihə “Azərbaycan Dəmir Yolları” QSC-nin Azərbaycanın nəqliyyat mərkəzinə çevrilməsi layihəsi çərçivəsində aparılır. Yeni fiber-optik kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. QSC bu layihənin reallaşması üçün ölkənin magistral internet provayderi olan “AzerTelecom” şirkəti (AzerTelecom şirkətinin “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində) ilə əməkdaşlıq edir.

Qeyd edək ki, dəmir yollarının qorunma zolağı boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsi ilə Azərbaycan Dəmir Yollarının, “AzerTelecom” şirkətinin, ümumilikdə isə ölkəmizin telekommunikasiya infrastrukturu və mövcud regionda sahib olduğu mövqeyi daha da güclənəcək.

Layihənin reallaşması, həmçinin qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantısının formalaşmasına, ölkənin telekommunikasiya sektorunun inkişafına təkan verəcək. Bu da Azərbaycanın hazırda nəqliyyat və enerji dəhlizi olmaqla yanaşı, ən qısa perspektivdə həm də Regional Rəqəmsal Mərkəzə çevrilməsinə şərait yaradacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi