hia.az
hia.az

20 Yanvarda dövlət və şəxsi əmlaklar məhv edilmişdi

239 dəfə baxılıb 20-01-2019, 13:57

20 Yanvarda dövlət və şəxsi əmlaklar məhv edilmişdi
20 Yanvar hadisəsi Azərbaycana böyük mənəvi və maddi ziyan vurdu. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

hia.az xəbər verir ki, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı.

Bu hərbi cinayətlərdə Bakıda böyük dağıntılar törədildi.

Qoşunlar yandırıcı güllələrdən istifadə etdiyindən qarşılarına çıxan istər dövlətə, istərsə də fərdi vətəndaşlara məxsus avtomobilləri, təcili yardım maşınlarını, dayanmış avtobusları belə yararsız hala salmışdılar.

Ölkənin enerji təchizatı iflic olmuşdu, televiziyanın yayım bloku partladılmışdı, rabitə vasitələri sıradan çıxmışdı. Ölkə iqtisadiyyatı faktiki olaraq dayanmışdı, hətta əhalinin çörəklə təminatında belə problem yaranmışdı.

Əldə olan məlumatlara görə, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.

Ümumilikdə, dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5 milyon 637 min 286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Təbii ki, ən böyük itki isə insan kapitalı idi. Həmin gün Azərbaycan ziyalıları, vətənpərvərləri, məktəblilər imperiya qoşunları tərəfindən qətlə yetirildi. Maddi ziyan zaman-zaman bərpa olunsa da, vətəndaş itkilərinin ağrısı hələ də qalmaqdadır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi