hia.az
hia.az

Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub

231 dəfə baxılıb 17-01-2019, 13:25

Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
2018-ci ildə Azərbaycandan 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ötən il ölkədən 1 milyard 397 milyon 323 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 65 milyon 627 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycandan 1 milyard 160 milyon 196 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri isə 50 milyon 968 min dollar olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi