hia.az
hia.az

İngiltərənin “Freight Week” jurnalı yeni Bakı Limanı barədə məqalə dərc edib

252 dəfə baxılıb 7-01-2019, 14:59

İngiltərənin “Freight Week” jurnalı yeni Bakı Limanı barədə məqalə dərc edibDünyada dəniz nəqliyyatı və liman sahəsində ən tanınmış nəşrlərdən olan İngiltərənin “Freight Week” jurnalının 2018-ci il dekabr buraxılışında Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakı Limanının ölkəmizin iqtisadiyyatının şaxələndirilməsinə, ümumi rifahın yüksəldilməsinə verəcəyi töhfə, müasir standartlara uyğun və avtomatlaşdırılmış əməliyyat sistemi, limanın mühüm nəqliyyat dəhlizində yerləşməsi barədə ətraflı məlumat verilib.

Dərc olunan məqalədə limanın istismar xidmətinin rəisi Yucin Seahdan xüsusi müsahibə alınıb. O bildirib ki: “Son zamanlar Azərbaycanın, xüsusilə də Bakının, qlobal tədarük zəncirindəki mühüm rolu gücləndirilib. İnanırıq ki, limanın gələcək mərhələli inkişafı ilə Azərbaycanın önəmi artmaqda davam edəcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi