hia.az
hia.az

Samir yenidən Premyer Liqada

392 dəfə baxılıb 2-01-2019, 12:12

Samir yenidən Premyer LiqadaSamir Nəsri yenidən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Fanat.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü "Vest Hem"ə keçib. 31 yaşlı yarımmüdafiəçi 6 ay + 1 il şərti ilə müqavilə imzalayıb.

Qeyd edək ki, son olaraq Türkiyədə "Antalyaspor"un formasını geyinən Əlcəzair əsilli futbolçu əvvəllər Fransada "Marsel", İngiltərədə "Arsenal", "Mançester Siti", İspaniyada "Seviliya" klublarında çıxış edib. Samir qanında dopinq aşkarlandığı üçün 18 ay müddətinə cəzalandırılmışdı. Onun cəza müddəti artıq başa çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi