hia.az
hia.az

PSJ "Real"ın ulduzu ilə danışıqlara başladı

433 dəfə baxılıb 29-12-2018, 14:11

PSJ "Real"ın ulduzu ilə danışıqlara başladı"Real"ın futbolçusu İsko PSJ-nin maraq dairəsinə düşüb.

Fanat.Az xəbər verir ki, bu barədə "Paris United" məlumat yayıb.

Xəbərə görə, Paris klubunun prezidenti Nasser Al-Helaifi futbolçunun atası və meneceri ilə görüş keçirib.

İsko bu keçidə müsbət yanaşır. Belə ki, baş məşqçi Santyaqo Solari ilə münaqişədən sonra o da, Madrid klubunda qalmağa meyilli deyil.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə 11 oyunda meydana çıxıb.

Qeyd edək ki, İskonun xidmətində PSJ ilə yanaşı "Barselona", "Yuventus", "Mançester Yunayted" və "Çelsi" maraqlıdır. Onun "Real" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi