hia.az
hia.az

Salah "Liverpul"u təhdid etdi: Yəhudi futbolçu alınsa, klubdan gedəcək

400 dəfə baxılıb 27-12-2018, 13:21

Salah "Liverpul"u təhdid etdi: Yəhudi futbolçu alınsa, klubdan gedəcəkMəhəmməd Salah "Liverpul" rəhbərliyini klubdan ayrılmaqla təhdid edib.

Fanat.az xəbər verir ki, buna səbəb İngiltərə klubunun "Zalsburq"un israilli futbolçusu Munas Dabburla danışıqlara başlaması olub.

"Jerusalem Post" qəzetinin iddiasına görə, oyunlardan əvvəl rəqib komandaların heyətindəki yəhudi futbolçularla görüşməyən Salah Dabburun transferi baş tutacağı halda, "Liverpul"u tərk edəcəyini bildirib.


Munas Dabbur

Misirli futbolçunun bu davranışına yaxın ətrafı etiraz edib. Dostları ona "Sən peşəkar futbolçusan. Vəzifən futbol oynamaqdı, komandanın kimi transfer edib-etməyəcəyi sənin işin deyil" deyiblər.

Qeyd edək ki, Salah "Bazel"in formasını geyinərkən İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə oyunda ona əl uzadan israilli futbolçularla görüşməkdən imtina etmişdi. Maraqlıdı ki, İsrailin müdafiə naziri Aviqdor Liberman Salahın fanatıdı. Hətta nazir bir müddət əvvəl misirli futbolçunu İsrail ordusunda xidmət etməyə çağırmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi