hia.az
hia.az

"Avropadan mənimlə maraqlanan klublar var, amma..." - İbrahimoviç

405 dəfə baxılıb 9-11-2018, 13:24

"Avropadan mənimlə maraqlanan klublar var, amma..." - İbrahimoviç

MLS klublarından "Los Anceles Qalaksi”nin şərəfini qoruyan Zlatan İbrahimoviç gələcəyi haqqında danışıb.

hia.az xəbər verir ki, Amerika klubunun rəsmi saytına danışan 37 yaşlı futbolçu, keçmiş komandası "Milan”a qayıdacağı ilə bağlı irəli sürülən iddialara cavab verib:

"Los Anceles Qalaksi” mənim istədiklərimi və arzularımı çox yaxşı bilir. Gələcəyim onlara bağlıdır və münasibətlərimiz çox yaxşıdır. Hamıyla aram yaxşıdır. Ona görə də, vəziyyətimlə bağlı narahat deyiləm”.

Avropa klublarının maraq dairəsində olduğunu etiraf edən isveçli futbolçu, "Bu, sirr deyil, Avropadan mənimlə maraqlanan klublar var. Amma mən "Los Anceles Qalaksi”yə üstünlük verirəm. Burda xoşbəxtəm” deyib.

İbrahimoviç 2010-2012-ci illərdə "Milan”ın şərəfini qoruyub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi