hia.az
hia.az

UEFA "Qarabağ"ı 20 min avro cərimələdi

396 dəfə baxılıb 19-12-2018, 14:56

UEFA "Qarabağ"ı 20 min avro cərimələdiUEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada "Vorskla" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdən sonra açılmış intizam işi əsasında hər iki kluba 20 min avro cərimə kəsilib. Səbəb oyun zamanı həm "Vorskla", həm də "Qarabağ" azarkeşlərinin fişənglər yandıraraq, meydana atmaları olub.

Qeyd edək ki, noyabrın 8-də "Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. 8 dəqiqə sonra bərpa olunan qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi