hia.az
hia.az

İbrahimoviç oynayacağı klubu açıqladı - "Milan"a qayıtmadı

411 dəfə baxılıb 18-12-2018, 13:30

İbrahimoviç oynayacağı klubu açıqladı - "Milan"a qayıtmadıBir müddətdi "Milan"a qayıdacağı deyilən Zlatan İbrahimoviç "Los Anceles Qalaksi"də qalacaq.

Fanat.az xəbər verir ki, isveçli ulduz bu qərarını etdiyi paylaşımla açıqlayıb. Belə ki, Los Anceles adının baş hərflərini (LA) və öz adını birləşdirərək "zLAtan" etiketi ilə sosial mediada paylaşım edən İbrahimoviç "MLS, səninlə işim hələ bitməyib" yazıb. Bununla da o, ABŞ klubunda qalacağını göstərib.

Qeyd edək ki, bu ilin martından oynadığı ABŞ-da 27 oyuna çıxan 37 yaşlı futbolçu 22 qol vurub və 7 məhsuldar ötürmə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi