hia.az
hia.az

"Arsenal" "Qarabağ"la oyundakı erməni təxribatı ilə bağlı bəyanat yaydı

379 dəfə baxılıb 15-12-2018, 14:25

"Arsenal" "Qarabağ"la oyundakı erməni təxribatı ilə bağlı bəyanat yaydı"Arsenal” Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun "Qarabağ”la ev oyununda (1:0) Ağdam klubuna qarşı baş verən erməni təxribatı ilə bağlı bəyanat yayıb.

Fanat.az xəbər verir ki, klub baş vermiş insidentə görə təhlükəsizlik təbdirlərinin gücləndiriləcəyini bildirib:

"Emireyts” stadionunda təhlükəsizlik tədbirləri davamlı gözdən keçirilir. Cümə axşamı baş verən insidentin fonunda kənar şəxslərin meydançaya girməsinin qarşısını almaq üçün daha nələr etməyin mümkünlüyünə baxacağıq. Bizim arenada bu cür hadisələr nadir hallarda baş verir. Çünki təlim keçmiş stüardlarımız bu cür cəhdlərə nəzarət edirlər”.

Qeyd edək ki, "Arsenal” – "Qarabağ” matçınıın sonlarında meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutan erməni azarkeş daxil olub və Ağdam klubunun futbolçularının üzərinə qaçıb. "Qarabağ”ın oyunçuları, xüsusilə kapitan Rəşad Sadıqov və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi