hia.az
hia.az

"Dəli" 42 yaşında 29-cu kluba transfer olundu

419 dəfə baxılıb 14-12-2018, 13:11

"Dəli" 42 yaşında 29-cu kluba transfer olunduUruqvaylı futbolçu Sebastian Abreu 42 yaşında 28-ci klubu ilə anlaşıb.

Fanat.az xəbər verir ki, yayyda Çilinin "Magallanes" klubuna keçən "Dəli" ləqəbli futbolçu indi də Braziliyanın 4-cü liqa komandalarından "Rio Branko"ya transfer olunub.

Abreu indiyədək ölkəsində "Nasional", Meksikada "Tiqres", "Kruz Azul", Argentinada "River Pleyt", "San Lorenzo", Ispaniyada "Deportivo", "Real Sosyedad", Yunanistanda "Aris" və Braziliyada "Botafoqo" kimi məşhur klublar olmaqla 27 klubda çıxış edib. O, karyerası ərzində 33 dəfə klub dəyişdirib. Karyerasına 1995-ci ildə başlayan Abreu 1996-2012-ci illərdə Uruqvay millisində 70 oyun keçirərək 26 qol vurub.

"Dəli" 29-cu kluba transfer olunmaqla veteran futbolçular - ingilis Trevor Benjamin və Con Burricə çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi