hia.az
hia.az

Ronaldonu taxtdan saldılar: yeni "kral" kimdi?

255 dəfə baxılıb 14-12-2018, 12:14

Ronaldonu taxtdan saldılar: yeni "kral" kimdi?Çempionlar Liqasında qrup mərhələsi başa çatıb.

Fanat.az xəbər verir ki, qrup mərhələsinin bombardiri Robert Levandovski olub. "Bavariya"nın ulduzu oynadığı 534 dəqiqədə 8 qola imza atıb. Bu isə polşalı futbolçunun hər 66,8 dəqiqədə bir qol vurması deməkdi.
Levandovskini "Barselona"nın futbolçusu Lionel Messi izləyir. Argentinalı ulduz forma şansı qazandığı 297 dəqiqədə 6 dəfə rəqib qapıçıları məyus edib - hər 49,5 dəqiqədən bir qol vurub.
Üçüncü pillədə "Yuventus"un üzvü Paulo Dibala qərarlaşıb. Argentinalı futbolçu 5 dəfə fərqlənib. 355 dəqiqə forma geyinən futbolçu 71 dəqiqədən bir qol vurmağa nail olub.
"Roma"dan Edin Dzeko (360 dəqiqə), "Hoffenhayym"dan Andrey Kramariç (481 dəqiqə), PSJ-dən Neymar (532 dəqiqə), "Portu"dan Mussa Mareqa (540 dəqiqə) və "Aykas"dan Duşan Tadiç (540 dəqiqə) də 5 qol vurub. Amma onlar Dibaladan dəqiqə sayına görə geri qalır.

Son 6 mövsümün bombardiri Kriştiano Ronaldo bu mövsüm cəmi bir qola imza atıb. I turun "Valensiya" ilə oyununun 29-cu dəqiqəsində qırmızı vərəqə alan, bu səbəbdən II turda "Yanq Boyz"a qarşı oynamayan portuqaliyalı yeganə qolunu IV turda sabiq komandası "Mançester Yunayted"in qapısına vurub. O, ötən mövsüm qrup mərhələsində 9 qol vurmuş və bombardirlər yarışına başçılıq edirdi.



Qeyd edək ki, Ronaldo son 6 mövsümdə Çempionlar Liqasının bombardiri olub. O, 2014/15 mövsümündə bu adı Neymar və Messi ilə şərik qazanıb:

2012/13 - 12 qol
2013/14 - 17 qol
2014/15 - 10 qol
2015/16 - 16 qol
2016/17 - 12 qol
2017/18 - 15 qol

Çempionlar Liqasının tarixində qrup mərhələsində bir mövsümdə ən çox qol vuran futbolçu Ronaldo olub. O, 2015/16 mövsümündə sadəcə qrupda 11 dəfə fərqlənib. Mövsümün qalan hissəsində daha 5 qol vuran portuqaliyalı bombardirlər yarışında bütün rəqiblərini qabaqlayıb.

Bütün zamanlarda qrup mərhələsində ən çox qol vuran futbolçu Messidi - 66

Ümumilikdə Çempionlar Liqasında ən çox qol vuran futbolçular siyahısına Ronaldo başçılıq edir. Portuqaliyalı 158 oyunda 121 dəfə fərqlənib. İkinci pillədəki Messi 129 oyunda 106 qola imza atıb. İlk "üçlüy"ü artıq karyerasını başa vurmuş Raul qapayır - 142 oyunda 71 qol.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi