hia.az
hia.az

"Qarabağ" Avroliqada son oyununa çıxır - YENİLƏNİR

374 dəfə baxılıb 13-12-2018, 14:03

"Qarabağ" Avroliqada son oyununa çıxır - YENİLƏNİRBu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” avrokubok mövsümündə son oyununu keçirəcək.

E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI turda İngiltərə "Arsenal”ı ilə üz-üzə gələcək. Qrup birinciliyini təmin edən London klubu üçün ev oyunu formal xarakter daşıyacaq.

1/16 final şansını itirən "Qarabağ” isə sonuncu olmamaq üçün səfərdən xalla dönməlidi. Cari mövsüm evdəki qrup oyunlarında xal qazanmayan Ağdam klubu daha yaxşı çıxış etdiyi səfər matçlarında növbəti uğurunu gerçəkləşdirməyə çalışacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi
VI tur, 13 dekabr

E qrupu
00.00 Arsenal (İngiltərə) - Qarabağ (Azərbaycan)
Hakimlər: Yens Qrabski Maae, Lars Hummelqaard, Heyne Sorensen, Yesper Dal (Danimarka).
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq (Danimarka).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan).
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya).
London. "Arsenal” stadionu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi