hia.az
hia.az

Neymar və Kilian Mbappe barədə şok iddia

386 dəfə baxılıb 9-12-2018, 14:01

Neymar və Kilian Mbappe barədə şok iddiaPSJ-nin iki ulduzu - Neymar və Kilian Mbappe ilə bağlı şok xəbər yayılıb.

Fanat.az xəbər verir ki, Paris klubunun iki futbolçudan birini satacağı iddia olunub.

PSJ Neymarı "Barselona"dan 222, Mbappeni "Monako"dan 180 milyon avroya almışdı. İddia olunurdu ki, fransızla bu transferlərlə birlikdə UEFA-nın "Maliyyə Fyer-Pleyi" qaydalarını pozub. Lakin Avropa futbol qurumu bunu görməməzlikdən gəlib.

Məşhur "L'Equipe" qəzetinin iddiasına görə, Paris klubunu ağır cəza gözləyir. Belə ki, UEFA klubla bağlı araşdırmalar aparır və nəticə yaxın günlərdə açıqlanacaq. Qəzet iddia edir ki, PSJ rəhbərliyi mümkün cəzadan canını qurtarmaq üçün iki ulduzdan birini satmaq qərarına gəlib. Onlardan hansının satılacağına gəlincə, bu alınacaq təkliflərdən aslı olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi