"Qəbələ"dən 18:0 hesablı qələbə
"Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçiriblər.
Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənclər Liqasında çıxış edən U-19 evdə "Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.
U-17 səfərdə "Keşlə”dən güclü olub – 1:0. U-16 İsgəndər Cavadov BFA-nı 8:1 hesabı ilə yenib. "Səbail”lə qarşılaşan U-15 də üç xal qazanıb – 2:1. Paytaxt zonasında çıxış edən U-14 komanda İsgəndər Cavadov BFA-nın qapısından 18 cavabsız top keçirib. U-13 isə "Neftçi” PFK-ya uduzub – 0:3.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə təşkil olunan matçlarında "Qəbələ” UGİM-i (Yevlax) 9:0, UGİM "Qəbələ” isə UGIM "Rabitəçi”ni (Yevlax) 3:0 hesabı ilə məğlub edib. U-11 Liqasında "Qəbələ” UGİM-ə (Yevlax) 10:1 hesabı ilə qalib gəlib. U-10 Liqasında isə "Qəbələ” UGİM "Qəbələ”dən güclü olub - 9:1. Qızlardan ibarət komanda isə Yüksək Liqada "Fidan” üzərində qələbə qazanıb – 18:0.
« May 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |