hia.az
hia.az

UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb

27 dəfə baxılıb 15-07-2026, 09:18

UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb

"Sabah" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

Bu, ölkə təmsilçisinin Uelsdə TNS komandasına UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2:0 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub.

Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu kollektiv Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb.

Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub. Ölkə hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Xatırladaq ki, Bakıda rəqibini iki cavabsız qolla üstələyən "Sabah" qitənin bir nömrəli klub turnirinin II təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi