hia.az
hia.az

2018-ci ilin ən yaxşıları adına namizədlər açıqlandı

361 dəfə baxılıb 27-11-2018, 15:25

2018-ci ilin ən yaxşıları adına namizədlər açıqlandıAvropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxşıları adına namizədləri açıqlayıb.

Fanat.az xəbər verir ki, namizədlər 3 nominasiya üzrə müəyyənləşdirilib. İlin klubu adına Çempionlar Liqasının finalçıları "Real" (İspaniya) və "Liverpul" (İngiltərə), həmçinin Avropa Liqasının qalibi "Atletiko" (İspaniya) namizəddi,

İlin məşqçisi adı uğrunda Didye Deşam (Fransa yığması), Dieqo Simeone ("Atletiko"), Yurgen Klopp ("Liverpul"), Massimiliano Alleqri ("Yuventus", İtaliya) və Zinəddin Zidan ("Real"ın sabiq baş məşqçisi) mübarizə aparacaq.

İlin oyunçusu mükafatına isə Kriştiano Ronaldo ("Real"/"Yuventus"), Antoine Qrizmann ("Atletiko") və Kilian Mbappe (PSJ, Fransa) iddialıdı.

Qeyd edək ki, mükafatlandırma mərasimi 2019-cu il yanvarın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi