hia.az
hia.az

Baş həkim: “Mütləq peyvənd olunmaq lazımdır”

252 dəfə baxılıb 3-04-2021, 19:51

Baş həkim: “Mütləq peyvənd olunmaq lazımdır”



Koronavirus əleyhinə vaksinasiyaya əhali arasında maraq çoxdur. Bizim xəstəxanaya gündəlik 40-dan yuxarı müxtəlif yaş kateqoriyalarında olan insanlar müraciət edir, onların hər biri növbə ilə peyvənd olunur.

Bunu Azvision.az -a açıqlamasında 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov deyib. O bildirib ki, məntəqədə gün ərzində təxminən 250-260 vətəndaş vaksin olunur.

"Ümumilikdə, bizim məntəqədə peyvənd olunan şəxslərin sayı 5 mindən çoxdur. Həftə içi müraciət çox olur. Şənbə günləri müraciətlərin sayı azalır. Bu da ictimai nəqliyyatın işləməməsi ilə əlaqədardır".


T.Bəbirov koronavirusa gündəlik yoluxmaların artması fonunda vaksinasiyanın vacib olduğunu qeyd edib.

"Mütləq peyvənd olunmaq lazımdır. Nə qədər çox vaksin etdirsək, xəstələrimizin sayı azalar və kütləvi immunitet yaranar. İmkan daxilində infeksiyanın yayılmasının qarşısının alınması üçün vaksinasiya vacibdir".

Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İndiyədək ölkəmizdə 889 min 33 vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 569 min 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 319 min 39 nəfərdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi