hia.az
hia.az

"Qalatasaray"dan növbəti qələbə

282 dəfə baxılıb 27-01-2019, 14:01

"Qalatasaray"dan növbəti qələbə
Türkiyə Super Liqasında XIX turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. Günün ilk matçında "Bursaspor" və "Kayserispor" üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib - 1:1. Meydan sahiblərindən Kristian Sapunaru, qonaqlardan Yusif Ərdoğan fərqlənib.

Günün ikinci oyununda isə "Qalatasaray" səfərdə "Göztəpə"nin qonağı olub. Görüşün taleyini 1 qoll həll edib. Sinan Gümüşün 79-cu dəqiqədə vurduğu qol İstanbul klubuna qələbə qazandırıb.

Turun ilk oyunu dünən "Beşiktaş"la "Ərzurumspor" arasında İstnbulda baş tutub - 1:1. Sabah 3, bazar ertəsi daha 3 oyun baş tutacaq.

Qeyd edək ki, 18 oyun keçirən "Başakşər" 38 xalla turnir cədvəlinə başçılıq edir. "Qalatasaray" 19 oyundan sonra 35 xalla 2-ci pillədə qərarlaşıb. 18 oyun keçirən "Yeni Malatyaspor"un 32, 19 oyunu baş tutan "Beşiktaş"ın 30 xalı var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi