hia.az
hia.az

"Yuventus" indi də "Barselona"nın ulduzunu transfer edir

416 dəfə baxılıb 19-11-2018, 12:10

"Yuventus" indi də "Barselona"nın ulduzunu transfer edirAlekc Sandronun müqaviləsini yeniləmək təklifini rədd etməsindən sonra "Yuventus" "Barselona"dan Jordi Albanın tranfseri üçün hərəkətə keçib.

hia.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, yayda "Real"dan Kriştiano Ronaldonu heyətinə qatan Turin klubu bu dəfə Kataloniya klubunun ulduzunu İtaliyaya aparmaqda israrlıdı. Jordi Alba da Aleks Sandro kimi klubu ilə müqaviləsini yeniləməkdən imtina edir və komandanı tərk etmək niyyətindədi. "Yuventus" transferi qışda bitirmək istəyir.

Qeyd edək ki, "Barselona" Jordi Albanı 2012-ci ildə "Valensiya"dan 14 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 70 milyon avro qiymət qoyduğu 29 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə 17 rəsmi oyuna çıxaraq 2 qol vurub və 8 məhsuldar ötürmə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi