hia.az
hia.az

İngiltərə klubunun futbolçusu Azərbaycan millisində

409 dəfə baxılıb 18-01-2019, 13:00

İngiltərə klubunun futbolçusu Azərbaycan millisində
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasını təlim-məşq toplanışı üçün heyəti və yoxlama matçlarındakı rəqibləri açıqlanıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 19-dan 31-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıq prosesinə 24 oyunçu cəlb olunub. Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv toplanış ərzində 4 yoxlama oyunu keçirəcək.

Yığma yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq "Krasnodar-3” (Rusiya), Küveyt U-19, "Tromso” (Norveç) və "Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq. Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Sərhad Daşdəmir ("Fylde”, İngiltərə), Kamran Quliyev ("Yonova”, Litva), Musa Qurbanlı, Nicat Mehbaliyev, İbrahim Hüseynov, Zamiq Əliyev, Rauf Hüseynli, Tural Bayramov (hamısı "Qarabağ”), Elvin Talıbov ("Qarabağ” F), Xəyal Muradov, Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı, Samir Qurbanov (hamısı "Qəbələ”), Nail Alışov, Turan Vəlizadə, Vüsal Əsgərov, Ismayıl Zülfüqarlı (hamısı "Neftçi”), Şakir Seyidov ("Sabah”), Murad Məmmədov ("Səbail”), Ruslan Qəribov ("Sokol”, Saratov, Rusiya), Elnur İbrahimov ("Spartak-2”, Moskva, Rusiya), Rüstəm Samuqullin ("Stroqino”, Moskva, Rusiya), Rüfət Abdullazadədi ("Sumqayıt”).


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi