hia.az
hia.az

"Qalatasaray"dan günün ikinci transfer açıqlaması

368 dəfə baxılıb 11-01-2019, 13:24

"Qalatasaray"dan günün ikinci transfer açıqlaması
"Qalatasaray" bu gün ikinci transfer açıqlamasını yayıb.

Fanat.az xəbər verir ki, İstanbu klubu "Bursaspor"dan Emre Taşdemirin transferi ilə bağlı birja üçün açıqlama verib.

Rəsmi açıqlamada bildirilir ki, "Bursaspor" klubu ilə rəsmi danışıqlar başlayıb.

Türk klubları bu tip açıqlamaları transfer böyük ölçüdə həll olunandan sonra yayır. Bu səbəbdən "Qalatasaray"ın tezliklə transferi rəsmiləşdirməsini gözləmək olar.

Qeyd edək ki, Emre Taşdemir 2014-cü ildə "Ankaragücü"ndən 700 min avroya "Bursaspor"a transfer olunub. 23 yaşlı sol cinah müdafiəçisi Türkiyə millisində 4 oyun keçirib.

Onu da qeyd edək ki, "Qalatasaray" bu gün "Çaves"dən Markaonun transferi ilə bağlı birjaya məlumat verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi