hia.az
hia.az

Joze Mourinyo üçün sürpriz komanda

474 dəfə baxılıb 6-01-2019, 14:46

Joze Mourinyo üçün sürpriz komandaRuy Vitoriyanı istefaya göndərən "Benfika" baş məşqçi postuna Joze Mourinyonu gətirmək istəyir.

Fanat.az xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb. Həmkarlarımız iddia edib ki, klub rəhbərliyi "Mançester Yunayted"dən ayrılan portuqaliyalı mütəxəssisi razı salmağa çalışır.

Qeyd edək ki, "Benfika" Portuqaliya çempionatının 15 turunda 32 xal toplayıb və qış fasiləsinə 4-cü pillədə yollanıb. Komanda Avropa Liqasının 1/16 final mərhələsində "Qalatasaray"la qarşılaşacaq.

Mourinyo məşqçi karyerasına məhz "Benfika"da başlayıb. O, 2000-ci ildə məhz bu komandanı çalışdırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi