hia.az
hia.az

Qəbələdə adı “Qırmızı kitab”a düşən maralı ovlayan şəxs saxlanılıb

348 dəfə baxılıb 28-12-2018, 12:51

Qəbələdə adı “Qırmızı kitab”a düşən maralı ovlayan şəxs saxlanılıbQəbələ rayonunda adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən maralı ovlayan şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilib. Əraziyə baxış zamanı kəsilmiş maral başının, iki ayağın və dərinin aşkarlanması barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Hadisəni törədən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib. Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi