hia.az
hia.az

12 milyon dollarlıq dələduzluq edən iş adamı həbsdə qaldı

324 dəfə baxılıb 18-12-2018, 13:26

12 milyon dollarlıq dələduzluq edən iş adamı həbsdə qaldıDələduzluq yolu ilə başqalarının külli miqdarda pul və əmlakını ələ keçirməkdə təqsirləndirilən iş adamı Ceyhun Canıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

hia.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Ceyhun Canıyevin barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Canıyev doqquz il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. O, ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi