hia.az
hia.az

Qubada 19 yaşlı gənc itkin düşdü

317 dəfə baxılıb 14-12-2018, 13:15

Qubada 19 yaşlı gənc itkin düşdüQuba rayonunda 19 yaşlı gənc itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Elmar Məmmədovun əlamətləri belədir: Boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nahiyyəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi