hia.az
hia.az

Bakıda televiziyaya basqın edən şəxslərlə bağlı qərar verildi

300 dəfə baxılıb 13-12-2018, 13:58

Bakıda televiziyaya basqın edən şəxslərlə bağlı qərar verildiBakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb.

hia.az-ın xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi barədə verdikləri apellyasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Əliyev 11 il, Asib Kambarov və Kamran Süleymanovun hər biri səkkiz il, Rəşad Əhmədzadə doqquz il, Orxan Əliyev isə səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəliblər. Onlar şirkətin seyfində olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi