hia.az
hia.az

Keçmiş məhkum polisi ayağa qaldırdı

309 dəfə baxılıb 13-12-2018, 13:57

Keçmiş məhkum polisi ayağa qaldırdıDekabrın 12-də saat 18:00 radələrində “102 - Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs üç ədəd bomba qoyulması barədə məlumat verib.

DİN-dən hia.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

Polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi