hia.az
hia.az

Dələduzluqda təqsirləndirilən direktora cəza verildi - 11 İL

297 dəfə baxılıb 11-12-2018, 13:43

Dələduzluqda təqsirləndirilən direktora cəza verildi - 11 İL“Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

hia.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Səlimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

O, bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Dələduzluqda təqsirləndirilən T.Səlimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən eyni əmələ görə həbs edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi