hia.az
hia.az

Qazaxda sərxoş piyadanı avtomobil vurub

316 dəfə baxılıb 10-12-2018, 13:26

Qazaxda sərxoş piyadanı avtomobil vurubQazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerli Hacıməmmədov Nurlan Məcid oğlunun "VAZ" markalı avtomobillə Aslanbəyli kəndi ərazisində hərəkətdə olan zaman qeydə alınıb.

Rayonun 1954-cü il təvəllüdlü Yuxarı Salahlı kənd sakini Umudov Abdulla Meydanəli oğlu sərxoş halda qəflətən avtomobilin önünə çıxıb. Nəticədə maşın onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada elə sürücü tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

Onun vəziyyətinin hazırda orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Xaçmazda piyadanı maşın vurub, digər avtomobil isə üzərindən keçib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi