hia.az
hia.az

Azərbaycanda AĞIR QƏZA: Polis mayoru öldü

349 dəfə baxılıb 9-12-2018, 14:07

Azərbaycanda AĞIR QƏZA: Polis mayoru öldüKürdəmir rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə dekabrın 7-də saat 1 radələrində, rayonun Sığırlı kəndi ərazisində baş verib. Kənd sakini Əli Qayıbəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili idarə edərkən qəfil halı pisləşib və avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus "QAZel” markalı avtomobilə vurub.

Hadisə nəticəsində "VAZ-21 07" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Dünyasını dəyişən Ə.Qayıbəliyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayorudur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi